ABŞ prezidenti Donald Tramp Çinlə ticarət sazişi bağlamaq istədiyi üçün Tayvana təxminən 400 milyon dollarlıq hərbi yardımın çatdırılmasını rədd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp administrasiyası ümumiyyətlə Pekinlə münasibətləri yumşaltmağa çalışır. Üstəlik, Ukraynaya silah tədarükü ilə bağlı vəziyyət də göstərir ki, ABŞ pulsuz yardım göstərməyə hazır deyil.



