“Əfqanıstanın şərqində baş verən zəlzələdə yaralanan və ölənlərin yarısından çoxu qadın və qızlardır”.
“Füyuzat”ın məlumatına görə, bunu BMT-nin Əfqanıstandakı qadın məsələləri üzrə xüsusi nümayəndəsi Syuzan Ferqyuson deyib.
“Zərər çəkmiş ərazilərdəki qadınlar əlavə təcili yardım olmadan uzunmüddətli fəlakətlə üzləşirlər. Təəssüf ki, qadın və qızlar həlak olanların və yaralananların yarıdan çoxunu, xüsusən də itkin düşənlərin 60%-ni təşkil edir”, – o əlavə edib.



