Xəbərlər

Çində fövqəladə vəziyyət elan edilib

Çində qızdırma hallarının kəskin şəkildə artması səbəbindən bölgədəki səhiyyə orqanları 3-cü səviyyəli fövqəladə vəziyyət elan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Verilən məlumata görə, Çinin cənubundakı Quanqdonq əyalətinin Jiangmen şəhərində ağcaqanadlar tərəfindən yayılan Çikunqunya qızdırmasına yoluxma hallarının sayı 1714 nəfərə çatıb.

Qeyd edək ki, virusa yoluxanlar arasında ölüm halı olmayıb.

Bu xəstəlik qızdırma, oynaq ağrıları,baş ağrısı, ürəkbulanma və dəri səpgiləri ilə özünü göstərir.