Dünya Bankı Azərbaycana “Yaşanılabilən Bakı” layihəsi çərçivəsində Abşeron göllərinin bərpası və ətraf ərazilərin inkişafı üzrə qrant ayırıb.
“Füyuzat”ın məlumatına görə, həmin vəsait hesabına Zığ, Xocasən və Böyükşor göllərinin mövcud texniki-iqtisadi əsaslandırma və texniki layihələrinin yenilənməsi həyata keçiriləcək.
Qrantın bir hissəsi həmin işlə bağlı məsləhət xidmətlərinə yönəldiləcək.
Belə ki, məsləhətçi Abşeron göllərinin bərpası üzrə mövcud texniki-iqtisadi əsaslandırmaları yenidən nəzərdən keçirəcək və yeniləyəcək. Texniki-iqtisadi əsaslandırma və texniki layihə sənədlərinin tamamlanmasından xeyli müddət keçdiyini nəzərə alaraq Böyükşor, Xocasən və Zığ gölləri, həmçinin ətraf əraziləri üzrə texniki-iqtisadi əsaslandırmaların yenilənməsi tələb olunur. İşlərə bu ilin noyabr ayından başlanması planlaşdırılır və 500 min ABŞ dollarına başa gələcəyi gözlənilir.



