Xəbərlər

Dünyanın ən hündür körpüsü istifadəyə veriləcək

Çinin Quycou əyalətində inşa edilmiş dünyanın ən hündür və ən uzun körpüsü sentyabrın 28-də istifadəyə veriləcək.

“Füyuzat”ın məlumatına görə, Beypan çayının üzərində, Huacin Böyük kanyonunda tikilən körpü çaydan 625 metr yüksəklikdə yerləşir, bu isə Eyfel qülləsinin hündürlüyündən 2 dəfə çox deməkdir.

Ümumi uzunluğu 2 min 890, asma hissəsinin uzunluğu 1420 metr olan Huacin Böyük kanyonu körpüsü dağlıq ərazidə inşa edilib.

Qeyd edək ki, Liupənşuy şəhəri ilə Çiensinan muxtar prefekturasını birləşdirən körpünün tikintisinə 2022-ci ildə başlanılıb. Bu yaxınlarda inşası başa çatan körpüdə müvafiq texniki sınaqlar həyata keçirilib.

Bundan əlavə, hazırda istifadədə olan ən hündür körpü də Çində, Quycou əyalətində Beypan çayının üzərində yerləşən “Beypancian” körpüsüdür. Bu körpü çaydan 565,4 metr yüksəklikdə yerləşir və adı Ginnesin Rekordlar Kitabına düşüb.