İtaliya prezidenti Sercio Mattarella sentyabrın 30-dan oktyabrın 1-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliya prezidentinin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata əsasən, İtaliya prezidenti, Bakıya gəldikdən sonra ölkə rəsmiləri ilə danışıqlar aparacaq.
Bundan əlavə, oktyabrın 1-də S.Mattarella ADA Universiteti və bir neçə İtaliya universiteti ilə birgə yaradılmış İtaliya–Azərbaycan Universitetinin Bakıdakı kampusunu ziyarət edəcək.
O həmçinin Şəhidlər xiyabanını ziyarət edəcək və Azərbaycandakı italyan icması ilə görüşəcək.



