Xəbərlər

ÜST: Qəzzada 36 xəstəxanadan yalnız 10-u qismən fəaliyyət göstərir

“Qəzza sektorunda 36 xəstəxanadan yalnız 10-u qismən fəaliyyət göstərir, səhiyyə sistemi güc-bəla ilə sağ qalıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Fələstin Qırmızı Aypara Cəmiyyətinin Xan Yunisdəki Əl-Amal xəstəxanası müəssisədə və onun ətrafında uzun sürən döyüşlər səbəbindən əməliyyatları dayandırıb”, – baş direktor söyləyib.

“ÜST bir daha Qəzza sektorundakı xəstəxanalara hücumlara dərhal son qoyulmasını tələb edir və tibbi personalın, xəstələrin və mülki şəxslərin müdafiəsini tələb edir”, – Qebreyesus qeyd edib.