Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.
“Füyuzat“ın AZƏRTAC-a istinadən məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Verilən məlumata əsasən, “Şair, maarifçi, publisist Seyid Əzim Şirvani“ adlı virtual sərgidə bir sıra rəsmi sənədlərin tam mətni, prezident İlham Əliyev və görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, şairin müdrik kəlamları yer alıb.



