“İtaliya ilə Azərbaycan arasında çox möhkəm və strateji tərəfdaşlıq münasibətləri mövcuddur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Luka Di Canfrançesko bildirib.
Səfir İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı barədə fikirlərini bölüşərkən deyib: “İki ölkə arasındakı əməkdaşlıq təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Mədəniyyət və təhsil sahələrində də çox sıx əlaqələr qurulub. Bu bizi son dərəcə sevindirir. İnanırıq ki, dostluğumuz, qarşılıqlı etimadımız və əməkdaşlığımız gələcəkdə daha da güclənəcək. Çünki yalnız bu yolla biz bu gözəl və möhtəşəm ölkə ilə münasibətlərimizi davamlı şəkildə inkişaf etdirə bilərik”.



