Xəbərlər

Fəzilə Əsgərovanın “Uğur psixologiyası” kitabının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təlimçi və yazar, beynəlxalq dərəcəli İR Meneceri Fəzilə Əsgərovanın “Uğur psixologiyası” kitabının tanıtımı baş tutub.

MİMTA Yayımları tərəfindən nəşr olunan kitab maneələri fürsətə çevirməyi öyrənmək, hədəflərinə çatmaq və özünəinamı gücləndirmək istəyənlər üçün nəzərdə tutulub.

Tədbiri giriş sözü ilə açan MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu uğura gedən yolun şansa bağlı olmasından daha çox, gərgin əməyin nəticəsi olduğundan bəhs edib.

Kitabın bənzər mövzulardakı nəşrlərdən üstün tərəflərindən danışıb. Daha sonra müəllif Fəzilə Əsgərova kitabın ərsəyə gəlməsi prosesindən, iş həyatında uğursuzluqların həll yollarından və insanın nailiyyət əldə etməsinin üsullarından bəhs edib.

“Gülüş, əslində, uğurun açarıdır. Üzümüzə qonan kiçik bir gülümsəmə bizə böyük qapılar aça bilər. Düşünürəm ki, professional iş həyatında belə xırda nüanslar vacibdir.

Uğura gedən yolda etdiyimiz səhvlərdən nəticə çıxarmaq bizi gücləndirir. Səhvlərdən dərs ala bilməliyik. Yalnız bu zaman həqiqi mənada uğur əldə edə bilərik”.

Təqdimat müəlliflə söhbət şəklində davam edib, oxucu və dinləyicilərin sualları cavablandırılıb.