Xəbərlər

Həyati Təkin kitablarının təqdimatı keçirilib

Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış türk jurnalist, tarixçi-yazar Həyati Təkin “Tağıyev – əsilzadənin fövqündə” və “Qardaş köməyi” kitablarının təqdimat mərasimi keçirilib.

Kitabın təqdimatı “B.Vahabzadə” təqdimat zonasında baş tutub.

Tədbiri giriş sözü ilə açan MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu və Əməkdar jurnalist, yazıçı Yunis Orucov hər iki kitabın soykökümüzə bağlılığından, tariximizdən bəhs etdiyindən danışıblar.

Tədbir çərçivəsində müəllif iştirakçıların suallarını cavablayıb.

Sonda MİMTA Yayımlarının stendində müəllifin imza saatı keçirilib.

Qeyd edək ki, hər iki kitab MİMTA Yayımları tərəfindən nəşr olunub.