2025–2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsinə başlanılır.
“Füyuzat”ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Qeyd edək ki, proses müvafiq sayt üzərindən həyata keçiriləcək. Hazırda yerdəyişmə 2–11-ci siniflər üçün aktivləşdirilir, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 28 oktyabr saat 11:00-dan etibarən aktiv ediləcək.



