Xəbərlər

2026-cı ilədək Füzuli və Şuşada yeni peşə təhsili mərkəzləri açılacaq

Həyata keçirilən Böyük Qayıdış proqramı və eyni zamanda “Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində qarşıya qoyulmuş öhdəliklərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə və digər regionlarda yeni peşə təhsili müəssisələrinin yaradılması istiqamətində işlər aparılır.

“Füyuzat” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, 2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır: “Strateji hədəfimiz 28 min əlavə şəxsin peşə təhsilinə – ilkin peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə cəlb edilməsidir”.