Xəbərlər

Peşə təlimlərinə cəlb olunanların sayı gələn ilin sonunadək 6 minə çatacaq

”Hazırda ölkənin 12 peşə təhsili müəssisəsində 42 istiqamət üzrə təlimlər davam etdirilir”.

“Füyuzat” “Azərbaycan müəllimi”nə istinadən məlumat verir ki, bu fikri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, təkcə dövlət proqramı çərçivəsində 2024 və 2025-ci illərdə 1074 şəxs təlimlərə cəlb olunub və müvafiq dövlət nümunəli sertifikatlarla təltif edilib. Bu sertifikatlar həmin şəxslərə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas yaradır:
“2026-cı ilin sonunadək qısamüddətli təlimlərin davam etdirilməsi planlaşdırılır. Bu müddət ərzində 5000 şəxsin qısamüddətli, 1000 şəxsin isə ixtisasartırma təlimlərinə cəlb edilməsi nəzərdə tutulur”.