Xəbərlər

Tokayev: Qazaxıstan və Azərbaycan xalqları qardaşdır

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlardır.

“Füyuzat”ın Akordaya istinadən məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın ticari-iqtisadi, investisiya, aqrar və tranzit-nəqliyyat sahələrində genişləndirilməsi perspektivlərini ətraflı müzakirə ediblər.

Xüsusi diqqət mədəni-humanitar qarşılıqlı fəaliyyətə yönəldilib.

Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.