Xəbərlər

Tokayev Azərbaycan prezidentinə qazax milli geyimini hədiyyə edib

Azərbaycan prezidenti İlham Əliyevə qazax milli geyimi “çapan” (hörmət, ehtiram və dostluq rəmzi) hədiyyə edilib.

“Füyuzat”ın məlumatına görə, hədiyyəni Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev təqdim edib.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 20-dən Qazaxıstanda dövlət səfərindədir.