Xəbərlər

Beynəlxalq turistlər Şuşaya səfər ediblər

Səkkiz müxtəlif ölkəni təmsil edən beynəlxalq turistlər Şuşa şəhərinə səfər ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Report” məlumat yayıb.

Qonaqlar şəhərin tarixi abidələri və görməli məkanları ilə tanış olacaqlar.

Bundan əlavə, onlar Şuşanın erməni işğalından azad edilməsindən sonra həyata keçirilən bərpa və yenidənqurma işlərini də müşahidə edəcəklər.

Xatırladaq ki, “Extreme Travelers International Congress” (ETIC) klubunun ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan üzvləri iki günlük avtomobil marşrutu üzrə Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli istiqamətində səyahətə start veriblər.