Xəbərlər

Norveç parlamentinin binası bomba təhlükəsi səbəbindən bağlanıb

Norveç parlamenti bomba təhlükəsi aldıqdan sonra boşaldılıb və giriş-çıxışa bağlanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Norveçin VG qəzeti məlumat yayıb.

Parlamentin fəaliyyəti dayandırılarkən, binanın boşaldılması barədə göstəriş verilib.

Qeyd edək ki, bomba təhlükəsinin mənbəyi ilə bağlı açıqlama verilməyib.