Xəbərlər

Türkiyədə ekstremal jurnalistika ilə bağlı beynəlxalq tədbir keçirilir

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsində tərəfindən Avropa Birliyinin “Erasmus+” Proqramı çərçivəsində dəstək alan “Fövqəladə vəziyyət Jurnalistikası: Xəbərlərin fəlakətə çevrilməsinin qarşısının alınması” layihəsi ilə tərəfdaşlıq çərçivəsində dünyanın 50-yə yaxın ölkəsinin iştirakı ilə beynəlxalq tədbir keçirilir.

“Füyuzat”ın  “Report”-a istinadən məlumatına görə, layihənin əsas məqsədi kommunikasiya fakültələri üçün beynəlxalq səviyyədə tanınmış Fövqəladə vəziyyət Jurnalistikası kursu tədris planları və məzmunu, eləcə də media mütəxəssisləri üçün təlim təlimatları hazırlamaqdır.

Layihə çərçivəsində fövqəladə vəziyyət öhdəliklərinə uyğun olaraq beş dildə hazırlanmış kitab və təlimatları tanıtmaq üçün təlim paneli keçiriləcək.