Xəbərlər

Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini bağlayıb

Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən açıqlama verilib.

“Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib”, – açıqlamada bildirilib.

Qeyd olunub ki, son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayı artdıqdan sonra ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya ölkəyə immiqrant axınının qarşısını almağı hədəfləyib.

Açıqlamada Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun ölkənin milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.