Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), ilin əvvəlindəki dron hücumundan sonra Çernobıl Atom Elektrik Stansiyasını qoruyan strukturun artıq radioaktiv material saxlamağa tam qadir olmadığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Independent” nəşri məlumat yayıb.
Fevral ayında döyüş başlığı daşıyan dronun stansiyaya düşdüyü və xarici qoruyucu strukturu zədələdiyi bildirilir.



