Xəbərlər

Azərbaycan və Oman enerji sektorunda əməkdaşlığı müzakirə edib

Azərbaycan və Oman arasında enerji sektorunun bütün istiqamətləri və potensial layihələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

“Füyuzat”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Omanın iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al Saqri ilə görüşdə baş tutub.