Xəbərlər

Britaniya: İsrailə dəstəyimiz qeyd-şərtsiz deyil

“Təbii ki, bu dəstək qeyd-şərtsiz deyil. Uğurlu bir demokratiyanın beynəlxalq humanitar hüquqa uyğun olmasını gözləyirik”.

“Füyuzat”ın məlumatına görə, bunu İngiltərə xarici işlər xaziri David Kameron söyləyib.

Beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) işçilərinə qarşı olan hücuma toxunan Kameron 3 Britaniya vətəndaşının da həyatını itirdiyini xatırladıb.

İsrailin səhvini qəbul edib məsuliyyəti öz üzərinə götürdüyünə diqqət çəkən Kameron bunun bir daha təkrarlanmaması lazım olduğunu bildirib.