Xəbərlər

Milli Kitabxanada kitabşünas alim Knyaz Aslanın 65 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Milli Kitabxanada görkəmli kitabşünas alim-pedaqoq, şair-publisist Knyaz Aslanın anadan olmasının 65 illiyi münasibətilə “Şair-publisist, kitabşünas alim Knyaz Aslan –65” adlı virtual və “Kitabşünas alim Knyaz Aslan – 65” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

”Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Verilən məlumata əsasən, bildirilib ki, sərgilərdə yaradıcı şəxsiyyət, gözəl şair, istedadlı alim, peşəkar jurnalist Knyaz Aslanın Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə layiq görüldüyü mükafatlar, çоxşaxəli yaradıcılığı – monoqrafiyaları, dərslik və dərs vəsaitləri, dövri mətbuat səhifələrində çıxan çoxsaylı elmi-nəzəri məqalələri, şeirləri, ədəbi-publisistik yazıları, “Ön söz”ünün müəllifi, layihə rəhbəri, tərtibçi, rəyçi və redaktoru olduğu kitablar, təsisçisi və baş redaktoru olduğu “Kitabşünaslıq və redaktor sənəti” jurnalının nömrələri nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilərlər.