Xəbərlər

“Balaca şahzadə” əsəri Musiqili Teatrın səhnəsində 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yeni İl bayramı münasibətilə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri nümayiş olunub.

“Füyuzat” xəbər verir ki,  yenilənən heyət ilə göstərilən səhnə əsərinə Şaxta baba və Qar qız personajları da daxil olub.

Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir.

Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində əsas obrazı şəhid Telman Kəlbiyevin övladları Elcan Kəlbiyev və Səid Kəlbiyev canlandırıblar.

Səhnə əsərində Əməkdar artistlər İqrar Salamov, Ələkbər Əliyev, aktyorlar İlahə Rüstəmova, Firuzə Cəfərova, Fərid Rzayev, Elçin İmanov, Nuray Məmmədzadə, Nəzrin İsmayılzadə və digər aktyorlar iştirak ediblər.

“Balaca şahzadə” yanvarın 4-dək davam edəcək.