Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il bayramı günü ilə gücləndirilmiş iş rejimində çalışacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək hadisələrin qarşısının alınması, onların mümkün nəticələrinin operativ idarə edilməsi işinin təşkili, təhlükəsizlik Nazirliyin yardımı tapşıriqlar verilib.



