Mərakeşin Kasablanka şəhərinin ətrafındakı bir mağarada təxminən 773000 il əvvələ aid insan qalıqları aşkar edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Mərakeş Mədəniyyət Nazirliyinin açıqlamasında deyilir ki, Kasablankada aşkar edilən insan qalıqları insan təkamülünün kritik bir dövrü haqqında tədqiq edilməmiş məlumatlar verir.
Bəyanatda Kasablanka yaxınlığındakı Tomas 1 karxanasında tapılan insan əcdadlarının qalıqları arasında bir neçə yetkin və uşaq çənə sümüyü, diş parçaları və kəllədən sonrakı parçalar olduğu bildirilir.



