Xəbərlər

Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək

ABŞ-nin Los-Anceles şəhərində (Kaliforniya ştatı) uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək.

“Füyuzat” xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, bunda məqsəd uşaqlara milli ritmlərin öyrədilməsidir. Dərslərə qatılmaq üçün culture@azconsulatela.org elektron poçt ünvanına yazaraq qeydiyyatdan keçmək laızm olduğu da vurğulanıb.