Xəbərlər

İƏT İranın hücumundan sonra narahatlığını ifadə edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İranın İsrail ərazisinə hücumundan sonra Yaxın Şərq regionunda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edərək tərəfləri təmkinli olmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə təşkilatın Baş Katibliyinin bəyanatında deyilib.

“İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi regionda bir neçə gündür müşahidə olunan hərbi əməliyyatlar və gərginlikdən dərin narahatlığını ifadə edir, eskalasiyanı dayandırmağa və təmkinli davranmağa çağırır, təhlükəsizlik və sabitlik üçün ciddi nəticələr barədə xəbərdarlıq edir”, – bəyanatda qeyd edilib.