Xəbərlər

Milli Kitabxanada tanınmış şairə Mədinə Gülgünün 100 illiyi münasibətilə kitab sərgisi açılıb

Yanvarın 17-də Milli Kitabxanada Azərbaycan şairəsi, milli-demokratik poeziyanın görkəmli nümayəndəsi Mədinə Gülgünün anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi açılıb.

”Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisində şairənin kitabları, onun haqqında yazılmış əsərlər, dövrü mətbuatda çap olunan yazılar yer alıb.