Xəbərlər

98-ci “Oskar” mükafatının namizədləri açıqlanıb

Dünya kino sənayesinin ən nüfuzlu mükafatlarından sayılan “Oskar” mükafatlarının bu il keçiriləcək 98-ci mərasiminin namizədləri elan olunub. Namizədlər Kaliforniyada yerləşən Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən, Danielle Brooks və Levis Pullmanın təqdimatı ilə ictimaiyyətə açıqlanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC News” məlumat yayıb.

Qeyd edək ki, “Sinners” filmi 16 nominasiya qazanaraq “Oskar” tarixində ən çox namizəd göstərilən film” adını əldə edib.

Film ən yaxşı film, ən yaxşı rejissor və ən yaxşı kişi rolu da daxil olmaqla həm əsas, həm də texniki kateqoriyalarda mübarizə aparacaq.