Xəbərlər

“NASA” astronavtlarını karantinə aldı

“NASA”nın Ay ətrafında həyata keçiriləcək növbəti uçuşunda iştirak edəcək astronavt heyəti cümə günü axşam saatlarından etibarən karantinə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NASA” məlumat yayıb.

Astronavtlar Reid Viseman, Viktor Glover və Kristina Koç, həmçinin Kanada Kosmik Agentliyinin üzvü Ceremi Hansenin karantinə alınmasına səbəb uçuşdan əvvəlki günlərdə digər insanlarla təmaslarını minimuma endirməkdir.

Məqsəd missiyanın təxirə salınmasına səbəb ola biləcək hər hansı xəstəliyə yoluxmamaqdır.