“İsrailin İranın son hücumunda müdafiəyə sərf etdiyi məbləğ bir milyarddır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.
O, nəzərdə tutduğu valyutanın dollar və ya avro olduğunu dəqiqləşdirməyib.
“İranın pilotsuz təyyarələri və raketlərinə qarşı müdafiə Təl-Əvivə demək olar ki, bir milyarda başa gəlib”, – nazir parlamentin hər iki palatasının xarici işlər və müdafiə komitələrinin birgə iclasında qeyd edib.
O, həmçinin NATO-nun İsrailin müdafiəsində iştirak etmədiyini, İsrailə yardımın bəzi ölkələr tərəfindən ikitərəfli əsasda göstərildiyini vurğulayıb.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron daha əvvəl demişdi ki, Fransa ordusu İordaniyanın tələbi ilə İranın raketlərini zərərsizləşdirməyə kömək edib.