Astronomlar “AnomalyMatch” adlı süni intellekt aləti istifadə edərək “Hubble” teleskopunun arxivindəki məlumatları araşdırıblar. Nəticədə 1 300 qəribə kosmik obyekt tapılıb, 800-dən çoxu əvvəllər heç kimin görmədiyi nadir obyektlərdir.
“Füyuzat” xəbər verir ki, bu barədə “Universe Today” məlumat yayıb.
Ən çox rast gəlinənlər qarşılıqlı təsir edən qalaktikalar olub. Alət həmçinin nadir qalaktikalar, halqa və meduza qalaktikaları, cazibə linzaları və aktiv qalaktik nüvələr də aşkarlayıb.
AI aləti sayəsində astronomlar bu böyük məlumatları çox qısa müddətdə emal edə biliblər. Bu kəşf gələcəkdə daha çox nadir kosmik fenomenin aşkar olunmasına imkan yaradacaq.



