Stanford Universitetinin yeni bir araşdırması yaşlanmanın hər il bərabər sürətlə irəliləyən yavaş bir proses olmadığını, əksinə, 44 və 60 yaşlarında iki əsas bioloji dəyişiklik dalğası vasitəsilə baş verdiyini iddia edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sciencealert” məlumat yayıb.
Qocalma prosesini molekulyar səviyyədə araşdıran alimlər insan bədəninin müəyyən dövrlərdə, əsasən, “sürət dəyişdirdiyini” aşkar ediblər. 25 ilə 75 yaş aralığında 108 könüllüdən minlərlə bioloji nümunə üzərində aparılan araşdırma qocalma əlamətlərinin bu iki kritik yaşda zirvəyə çatdığını göstərib.



