Xəbərlər

MAQATE rəhbəri İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda İrana səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami açıqlama verib.

“İran MAQATE ilə münasibətlərə mənfi təsir göstərə biləcək hər hansı fəaliyyətdən çəkinəcək. Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin şərtlərinə zəmanət və əməl olunması sahəsində əlaqələrimiz sabitdir, nüvə enerjisi ilə bağlı obyektlərdə agentliyin kameraları quraşdırılıb və onlar daim monitorinq aparır. MAQATE müfəttişləri yerindədir və işləməyə davam edir”, – İslami bildirib.