Alimlər planetin ömrünü müəyyən edən amilləri araşdırıblar. Nəticələr göstərir ki, Yer kürəsinin ömrü əvvəllər düşünüləndən daha qısadır. Lakin kainatın ucqar nöqtələrində trilyonlarla il yaşaya bilən dünyalar var.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Livescience” məlumat yayıb.
Elmi dünyada planetin ölümü, onun tam fiziki parçalanması, ya da səthindəki yaşayış şəraitinin yaşanmaz halda qəbul edilməsidir.
Yer kürəsinin nümunəsinə baxdıqda planetimizin taleyi birbaşa Günəşin təkamülü ilə əlaqəli görünür. Təxminən 5 milyard il ərzində Günəş genişlənəcək və daha da isinəcək. Yerdə əvvəlcə okeanlar buxarlanacaq və yaşanmaz hala gələcək. Daha sonra genişlənən Günəş tərəfindən udulmaq və ya kosmosda sonsuz sürüklənmə təhlükəsi ilə üzləşəcək.



