Xəbərlər

Körfəzdə daşqın nəticəsində 20 nəfər ölüb

Güclü yağış Körfəz dövlətlərini yerlə-yeksan edib.

“Füyuzat”ın məlumatına görə, baş verən daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Hakimiyyət nümayəndələri həmçinin xəbərdarlıq edib ki, leysan, güclü yağış və güclü külək proqnozlaşdırılır. Bir çox alçaq ərazilər hələ də su altındadır.

1400-dən çox insan sığınacaqlara köçürülüb. Məktəblər və dövlət idarələri bağlanıb.

Qeyd edək ki, daşqınlar nəticəsində dünyanın ikinci ən sıx hava limanı olan Dubay Hava Limanında uçuşlar pozulub.