Xəbərlər

Mədəniyyət və irs sahəsində çalışan mütəxəssislər üçün “Mədəniyyət və İrs Akademiyası” Platforması istifadəyə verilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə mədəniyyət və irs sahəsində çalışan rəhbər və mütəxəssislər üçün nəzərdə tutulmuş “Mədəniyyət və İrs Akademiyası” Platforması istifadəyə verilib.

“Füyuzat” ın məlumatına görə, bu barədə  Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

CCEI (Chartered Culture and Education Institute) tərəfindən Azərbaycan dilində təqdim olunan onlayn Peşəkar İnkişaf Proqramı idarəetmə, liderlik və strateji düşünmə bacarıqlarının gücləndirilməsinə xidmət edir. Platforma UNESCO, ICOM, ICCROM, IFLA, OECD və UNCTAD kimi beynəlxalq qurumların yanaşmaları əsasında hazırlanıb və Nazirliyin sistemində çalışan əməkdaşlar üçün açıqdır.

Qeydiyyat: https://www.cultureeducation.org/Medeniyyet

Əlaqə: ccei@cultureeducation.org