Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi mayın sonunda Rusiyaya səfər edə bilər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“MAQATE-nin baş direktoru cənab Qrossinin Rusiyaya növbəti səfərinə gəlincə, biz bunun mayın sonunda baş tuta biləcəyini istisna etmirik”, – o, brifinqdə deyib.