Xəbərlər

İlin əvvəlindən Ukrayna silah alışına 4 milyard dollar ayırıb

Ukrayna Qərbin yetərsiz dəstəyi qarşısında ilin əvvəlindən silah alışına 4 milyard dollar xərcləyib ki, bu da onun büdcəsinə mənfi təsir edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko məlumat verib.

“4 milyard dollar partnyorların vəd etdiyi kifayət qədər mərmi və silah olmadığı bir şəraitdə hökumətin silah alınmasına xərclədiyi pulun məbləğidir və bu, büdcə üçün mənfi nəticələrə səbəb olur”, – nazir bildirib.

Marçenko 2024-cü ilin əvvəlində Ukraynanın kifayət qədər maliyyə, silah və sursat olmadığı üçün çətin vəziyyətə düşdüyünü vurğulayaraq, Qərbdən yardımların davamlı olacağına ümid etdiyini qeyd edib.