Gecənin qollarında
Gözünü axtarıram.
Güzgülərin içində
Üzünü axtarıram.
Gözlərim yorulubdur,
Cəhd edirəm yumulmur.
Çağırıram mən onu,
Bəlkə, gələrsən deyə
Yuxumu axtarıram.
Qəfil səsdən hürkmürəm,
Ağrıdan qıvrılsam da,
Dizim üstə çökmürəm.
Səndən sonra yox olan,
Qorxumu axtarıram.
Sənsiz mənə yad olan
Adımı axtarıram.
Bu balaca dünyamda
Möcüzələr yaradan
Qadını axtarıram.
Müəllif: Günel Natiqqızı



