Novruz bayramını qeyd etmək üçün Bakı metrosunda retro vaqonlar nümayiş etdiriləcək.
“Füyuzat” xəbər verir ki, BakuMetro-dan verilən məlumata görə, sərgi İçərişəhər stansiyasında təşkil olunacaq.
Sərnişinlər retro vaqonları 19, 20 və 21 mart tarixlərində saat 10:00-dan 22:00-dək stansiyanın birinci yolunda görə biləcəklər.
Eksponatlar arasında keçmiş SSRİ-də ilk metro qatarının bir hissəsi olan “A” tipli vaqon, eləcə də 1950-ci illərdə istehsal olunmuş “G” və “E” tipli vaqonlar yer alacaq.
Metrodan qeyd edilib ki, “Bu vaqonlar, xüsusən də yaşlı nəsil arasında nostalji hisslər oyadacaq”.



