Xəbərlər

Yekaterinburq festivalında Azərbaycan rəqsi təqdim olunub

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki fəalları Yekaterinburqda keçirilən “Uşaqlığın ritmində” – 3-cü Beynəlxalq Rəqs Festivalında iştirak ediblər.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, RAGB nümayəndələri “Dastan” Qafqaz rəqs qrupu ilə birlikdə proqramın kulminasiya məqamı olan Azərbaycan rəqs nömrəsini təqdim ediblər. İştirakçılar, həmçinin 2026-cı ildə keçiriləcək “Sverdlovsk vilayətinin ən kütləvi sərbəst rəqsi” yarışmasında rekord qırılması üzrə müsabiqəyə qoşulublar.

Festival müxtəlif mədəniyyətlərdən olan iştirakçıları bir araya gətirib və milli ənənələrin rəqs sənəti vasitəsilə nümayiş etdirilməsi üçün platforma rolunu oynayıb.