Bu gündən etibarən ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib.
“Füyuzat” xəbər verir ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.
Sözügedən xidmət sayəsində elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.



