Bakıda WUF13 çərçivəsində Şəkinin tarixi, mədəni və memarlıq irsinə həsr olunmuş sənədli filmin nümayişi keçirilib.
“Füyuzat” xəbər verir ki, “Shaki: Where Shebeke, History and Craftsmanship Weave Azerbaijan’s Living Heritage” filmi əsrlər boyu regionun ən mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Şəkinin 2500 ildən artıq tarixindən bəhs edir.
Filmdə şəbəkə sənətinə, ipəkçiliyin inkişafına, eləcə də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Şəki xanlarının Sarayına və Şəki qalasına xüsusi diqqət yetirilir.
Filmdə Şəki İcra Hakimiyyəti başçısının müavini Xəyalə Musayevanın şəhərin müasir inkişaf layihələri barədə danışdığı sözlər təqdim edilir.
Onun sözlərinə görə, hazırda Şəkidə ümumi dəyəri 66 milyon manatdan çox olan investisiya layihələri həyata keçirilir, 2025-ci ildə isə təxminən 300 yeni iş yeri yaradılıb.
O qeyd edib ki, turizm şəhər iqtisadiyyatının əsas istiqamətlərindən biri olaraq qalır. Bu gün Şəkidə gündəlik 3 min qonaqa xidmət göstərə bilən 62 mehmanxana fəaliyyət göstərir. Bundan əlavə, İran, Səudiyyə Ərəbistanı, Fars körfəzi ölkələri və Çindən gələn turist axını artır.
Nümayişdən sonra filmin yaradıcıları layihə komandasına təşəkkür edib, rejissor və operator Zeyn Allenin, eləcə də prodüserlərin və bütün istehsal qrupunun töhfəsini xüsusi qeyd ediblər.
Müəlliflər qeyd ediblər ki, film Azərbaycana həsr olunmuş səkkiz epizoddan ibarət seriyanın tərkibinə daxildir və layihənin ölkənin zəngin mədəni irsini beynəlxalq auditoriyaya təqdim etməyə imkan verdiyini vurğulayıblar.
Çıxış zamanı həmçinin qeyd olunub ki, film WUF13-ün “Urban Cinema” proqramı çərçivəsində nümayiş üçün seçilmiş yeganə Azərbaycan filmi olub.



