Xəbərlər

Blinken: ABŞ “vahid Çin” prinsipinə sadiqdir

Birləşmiş Ştatlar “vahid Çin” prinsipinə sadiqdir və Tayvan boğazında sabitliyin vacib olduğuna inanır.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Antoni Blinken Pekində keçirdiyi mətbuat konfransında deyib.

“Mən ABŞ-ın “vahid Çin” siyasətinə sadiqliyini bir daha təsdiqlədim və Tayvan boğazında sülh və sabitliyin qorunmasının kritik əhəmiyyətini vurğuladım”, – Blinken qeyd edib.