Xəbərlər

Tanınmış ziyalılar və ictimai xadimlər “Füyuzat”ın qonağı olublar

Millət vəkili Müşfiq Cəfərov, hüquqşünas, tanınmış ictimai xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının və Antikorrupsiya Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, publisist, tərcüməçi, yazıçı və fizik Yalçın İslamzadə, eləcə də jurnalist, yazar, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin təsisçisi və sədri Gülşən Behbud, İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev MİMTA Fondunun mətbu orqanı olan “Füyuzat” jurnalının qonağı olublar.

Qonaqları “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov qəbul ediblər.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən geniş bəhs olunub.

Görüşdə MİMTA Fondunun yaranması, həyata keçirdiyi layihələr, həmçinin “Füyuzat” jurnalının tarixi və bugünkü fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.

Sonda qonaqlar səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür ediblər. Milli düşüncənin inkişafı yolundakı fəaliyyətlərini yüksək qiymətləndirərək kollektivə gələcək işlərində uğurlar arzulayıblar.