Mayın 29-dan 30-dək Xankəndi şəhərində Qəhvə və Çay Festivalı keçiriləcək.
“Füyuzat” bu barədə “Report”a istinadən xəbər verir.
Bildirilib ki, şəhərin Zəfər meydanında baş tutacaq ikigünlük festivalla bağlı artıq hazırlıqlara başlanılıb, köşklər quraşdırılır. Festival çərçivəsində qəhvə və çay istehsalı, o cümlədən idxalı ilə məşğul olan şirkətlərin aksesuar və avadanlıqlarının sərgisi də keçiriləcək.
Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.



