Milli Kitabxanada Müstəqillik gününə həsr olunmuş “28 May – Müstəqillik Günü” adlı elektron məlumat bazası və eyniadlı virtual sərgi istifadəçilərə təqdim olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, elektron məlumat bazasında sistemləşdirilmiş tammətnli resurslar müxtəlif bölmələr üzrə onlayn istifadəçilərin ixtiyarına verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər link vasitəsilə daxil ola bilərlər.




